Ermənistan xislətindən əl çəkmir
542 baxış
Son xəbərlər
Son dövrlərdə Ermənistan həm dövlət, həm də diaspor səviyyəsində Azərbaycana qarşı fəaliyyətini intensivləşdirib. Səbəb isə Bakının beynəlxalq hüquq çərçivəsində tanınmış, Laçın rayonunun Ermənistanla sərhəddində sərhəd buraxılış məntəqəsi təsis etməsidir. Bu, nəinki İrəvanı, erməni lobbisinin əlinin çatdığı, nüfuz edə bildiyi ölkələri də narahat edir. Daşnak ideologiyası ilə yaşayan ermənilər məhz belə ölkələrin media qurumlarından istifadə edərək Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmağa çalışırlar.
Media eksperti Müşfiq Ələsgərli son dövrlərdə erməni şəbəkəsinin aqressivləşməsini təbii hal hesab edir. Çünki, 2020-ci ildə 44 günlük müharibədə məğlub olan və ağır zərbə alan ermənilər, bundan sonrakı mərhələdə, diplomatiya və informasiya savaşı müstəvisində də uduzmaqdadır.
Ermənistanın böhtan siyasətinə artıq öyrəşmişik. Daha çox təəssüf doğuran məqam isə bəzi transmilli kütləvi informasiya vasitələrinin, qlobal təşkilatların erməni lobbisinin əlində oyuncağa çevrilməsidir. Erməni havadarı kimi çıxış edən belə qurumlardan biri də ABŞ Dövlət Departamentinə yaxın “Vaşinqton post” qəzetidir. Azərbaycana qarşı böhtan kampaniyasına start verən bu "mətbu orqan" son bir həftə ərzində ölkəmizi hədəf alan 3 məqalə dərc edib. Erməni lobbisinin pulu qurumun gözünü elə tutub ki, onlar sadə jurnalistika qaydalarını belə pozur, bütün məqalələrini birtərəfli şəkildə, yəni erməni təəssübkeşliyi konteksində yazırlar. Yəni qarşı tərəfin rəyini almağı belə lazım bilmirlər.
Azərbaycanı blokada yaratmaqda, Qarabağda soyqırımı törətmək niyyətində olmaqda ittiham edən bu kimi "mətbu orqanlar" həqiqətin gözünə dik baxmağa tərəddüd edirlər. Fakt isə göz qarşısındadır. Azərbaycanın Qarabağda soyqırımı həyata keçirmək kimi bir niyyəti olsaydı, bunu 44 günlük müharibə zamanı edərdi. Separatçıların və Ermənistan əsgərlərinin 30 il boyunca istehkama çevirdiyi Qarabağı iki aydan az bir müddətdə geri alan Azərbaycan Ordusunu Xankəndinin bir addımlığında dayandıran əslində rəsmi Bakının potensial mülki itkilərin qarşısını almaq, bu yolla xalqlar arasında ədavətin daha da güclənməsinə yol verməmək, həmçinin Xankəndidəki separatçı rejim tərəfindən əsir götürülmüş öz erməni vətəndaşlarını təhlükəyə atmamaq istəyindən qaynaqlanıb.
Azərbaycan indi Laçın yoluna alternativ olaraq humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edir, ermənilər isə məqalələrdə qeyd edildiyi kimi, həmin yola beton maneələr düzərək özlərinə göndəriləcək yardımın qarşısını alırlar. Bütün bu addımlar onu göstərir ki, Qarabağdakı mülki ermənilər yalnız separatçı rejimin qərarlarının əziyyətini çəkirlər.
Lakin təəssüflər olsun ki, "Vaşinqton Post" kimi nəşrlər bunu ya görmür, ya da görmək istəmir. Erməni şəbəkəsi tərəfindən müafatlandırılan şəxslərin idarə etdiyi belə qurumlar ABŞ kimi bir dövlət üçün yalnız üz qarasıdır.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.