AZ
Video yüklə

Ermənistan üçün son şans

12 baxış Son xəbərlər
Son zamanlar Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı mövqeyində yumşalmalar müşahidə olunur. Nikol Paşinyanın çıxışlarındakı mülayimlik, onun regiondakı yeni reallıqlar qarşısında aciz qaldığını, Azərbaycan, Rusiya və Türkiyənin təzyiqlərinə tab gətirmədiyini göstərir. Hazırda Rəsmi İrəvanı düşdükləri ağır vəziyyətdən maksimum az itki ilə çıxmaq maraqlandırır. Bunun üçün Paşinyan hakimiyyəti sərhədlərin delimitasiya və demarkasiyası, Azərbaycanın ərazi bütövlüyünün tanınması, Zəngəzur dəhlizinin açılması və nəhayət, yekun sülh sazişinin imzalanması ilə razılaşmağa məcburdu. Amma bu, Rəsmi İrəvana heç də asan başa gəlmir. O, xaricdən idarə olunan bəzi qüvvələrin təzyiqlərinə məruz qalır.

Ermənistan hakimiyyətinə qarşı təzyiqlər ölkə parlamentindən də yan keçməyib. Belə ki, Parlamentinin iclasında çıxış edən müxalif “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan “Qarabağ iddiasından geri çəkilən və unudan vətən xainidir” cümləsini bir neçə dəfə işlədəndən sonra, iclası aparan vitse-spiker Ruben Rubinyanın etirazı ilə qarşılaşıb. O, həmkarını etika qaydalarını pozmamağa çağırıb, daha sonra Qeqam Manukyanın mikrofonunu söndürərək onu tribunadan qovub. Müxalif deputat qolları burularaq mühafizəçilərin müşayiəti ilə zaldan çıxarılıb. Etirazlar sosial şəbəkələrdə də davam edir:

Bu aspektdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa növbəti tarixi səfəri də diqqət çəkir. Ankaradan havaya qalxan Türkiyə Prezidentinin təyyarəsinin Qarabağın hava qapısı olan Füzuliyə enməsi tarixi hadisə olmaqla yanaşı, həm də dünyaya, qonşu ölkələrə, regional dövlətlərə bir mesaj idi. Səfər çərçivəsində Ərdoğanın bir sıra strateji layihələrin açılışında iştirak etməsi Bakı və Ankaranın prinsipial mövqeyinin nəticəsi kimi qiymətləndirilə bilər.

Politoloq son günlər Rusiya və Ermənistan mətbuatında, noyabrın 9-da Moskvada Ermənistan və Azərbaycan arasında vacid sənədlərin imzalanacağı ilə bağlı fikirlərin dolaşdığını deyir. İddiaya görə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında iki önəmli anlaşma imzalanacaq. Bunlardan birincisinin Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyasına aid olduğu bildirilir. Bu sənədə görə, SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illərə aid xəritələri əsasında Ermənistan və Azərbaycan qarşılıqlı olaraq, dövlət sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq.

İkinci sənədə gəlincə isə bu, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, xüsusən də “koridor-yolların" qurulması, o cümlədən də Azərbaycan və Naxçıvan arasında dəhlizin açılması üzərində anlaşmanın əldə olunmasıdır. Zaur Məmmədov deyir ki, bu, rəsmi məlumat olmadığı üçün onun dəqiq olduğunu da demək olmaz. Amma dəqiq olan odur ki, Azərbaycan artıq Zəngəzur dəhlizinin açılmasına nail olur. Və Azərbaycan, Türkiyə prezidentləri bu dəhlizə aparan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.