Ermənistan Rusiyaya qarşı
6 baxış
Son xəbərlər
Ermənistan sülh yolundan sapmaq üçün əlindən gələni edir. Bu, hətta, Rusiyaya qarşı çıxmaq bahasına olsa belə. Hərçənd İrəvan belə göstərişi həm də Qərbli ağalarından alıb. Bu səbəbdən də sülhə əngəllər törədir, müxtəlif bəhanələrlə danışıqladan yayınmağa, vaxtı uzatmağa çalışır. Beləliklə Paşinyan hakimiyyətinin növbəti bəhanəsi azərbaycanlı aktivistlərin Laçın yolunda keçirdiyi dinc aksiyadır. Hay-həşir qaldıraraq guya ermənilərin humanitar böhran yaşadığını dünyaya sırımağa çalışan Nikol, Mirzoyanı Ermənistan, Rusiya və Azərbaycan Xarici İşlər Nazirlərinin Moskva görüşünə göndərməməklə, həm də Rusiyaya qarşı demarş etmiş olur.
Digər tərəfdən, Ermənistan xarici siyasət idarəsinin rəhbərinin görüşdən imtina etməsi, hər şeydən öncə Ermənistanın sülhdən imtina etməsi kimi qiymətləndirilməlidir.
Paşinyan fürsət tapıb rus sülhməramlılarını da tənqid edir, yaranmış vəziyyətdə onları günahlandırır. İrəvanın Kremldən üz döndərməyə çalışması hətta erməni jurnalistin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya son brifinqdə verdiyi sualda da aydın sezilir.
Yeri gəlmişkən, bəzi Qərb dövlətlərindən fərqli olaraq Rusiyanın mövqeyi ondan ibarətdir ki, bölgədə heç bir “humanitar fəlakət” yaşanmır. Humanitar təyinatlı avtomobil nəqliyyatının, o cümlədən təcili yardım maşınlarının hərəkəti maneəsiz təşkil olunur. Bunu da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Xatırladaq ki, dekabrın 23-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Lakin erməni tərəfi həmişəki kimi görüşdən imtina etdi. Səbəb kimi isə, Ermənistan xarici işlər nazirinin prioritetinin Laçın dəhlizində nəqliyyatın manəsiz işə salınması və bölgədə "humanitar böhran" nəticəsində yaranmış problemləri həll etmək olduğunu göstərib. Hər halda, burada itirən tərəf yenə də İrəvan olacaq. Çünki, qalib tərəfin sülh təklifinin də bir zaman limiti var.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.