Xankəndində ermənilərin qaçarkən dağıtdığı bazarın görüntüləri yayımlanıb. Xankəndinin Mərkəzi bazarında tək-tük erməni satıcı qalıb. Sözügedən bazarda ətrafdakı zibilliklər səbəbindən antisanitar vəziyyət hökm sürür. Deyəsən Ermənistana getməkdən imtina edib yaşadıqları yerdə qalan ermənilər Paşinyanın son vədlərinə arxayın olublar. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda yaşayan ermənilərə müraciət edərək onlar üçün daha yaxşı şərait quracaqlarını bildirmişdi. Onun sözlərinə görə, rus sülhməramlılarının orada yerləşdirilməsi onların təhlükəsizliyini təmin edəcək