Ermənilər Laçının mərkəzində su problemini həll edir-LAÇINDAN ƏN SON GÖRÜNTÜLƏR
189 baxış
Son xəbərlər
Ermənilər 26-cı ildir ki, Rusiyanın və Qərbin hərbi-siyasi dəstəyi ilə zəbt edərək yaşadıqları Laçın rayon mərkəzinin su təchizatı problemini hələ indi həll etməyə çalışırlar. “KarabakTV” rayon mərkəzinin 2017-ci ilin dekabrında çəkilmiş son video-görüntülərini əldə edib. Video Xankəndindəki separatçı-terrorçu rejimin “ArtsakhTV” kanalının reportajı kimi yayımlanıb. Reportajda əsas söhbət “Berdzor” adlandırılmış Laçın rayon mərkəzinin su təchizatı problemindən bəhs edilir. Qeyd edilir ki, bu yaxınlarda təmir edilmiş bir neçə su anbarından çəkilmiş 20 km-lik kəmər vasitəsilə şəhərdə yaşayan ermənilər sutka boyu su ilə təmin ediləcək.
Xatırladaq ki, bir müddət öncə “KarabakhTV” 2334 metr yüksəklikdə yerləşən Sarıbaba dağının ətəklərində (çox güman ki, Laçin rayonunun Ağbulaq kəndi yaxınlığında) qurulmuş durulducu su anbarından Laçına su çəkilməsi haqdakı informasiyanı da yaymışdı. Bu kəmər rayon mərkəzi yaxınlığındakı Qarıkaha və Sus kəndlərini də su ilə təmin edəcəyi bildirilirdi. 2017-ci ili əvvəlindən çəkilməsinə başlanan Su kəmərinin tikintisini “Kaşataqsutəchizat” “qapalı səhmdar cəmiyyəti” aparıb. Həmin idarə 34 km-lik suvarma kəmərini də təmizləyib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.