AZ
Video yüklə

Ərəb qadınları orduda xidmət edəcək

21 baxış Son xəbərlər
Səudiyyə Ərəbistanı silahlı qüvvələrində qadın batalyonları yaranacaq. Krallıqda ilk dəfə olaraq orduda xidmətin çoxəsrlik məhdudiyyəti qaldırılıb. İndi qadınlar da əlinə silah alıb ölkəsini qoruya bilər.

Bir neçə il bundan əvvəl qadağan olunan, bu gün mümkün olub. Bu, zərif cinsin nümayəndələrinə ikinci dərəcəli kimi baxan ölkədə rejimin ilk yumşalması deyil. 2011-ci ildə ərəb dövlətinin hakimiyyəti qadınlara seçkidə iştirak etməyə icazə verdi. Sonralar qadınların idman meydanlarına getməsini qadağan edən qanun ləğv edildi. 2030-cu ilə kimi nəzərdə tutulan milli strategiyada gender bərabərlyi yolunda iri addımlar atılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.