Ərdoğan üç sənədi təsdiq edib
10 baxış
Son xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç müqavilənin qüvvəyə minmə tarixlərini təsdiq edib.
Həmin müqavilələrdən biri 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma” sənədidir.
Nəzərə alsaq ki, Azərbaycanla Türkiyə arasında enerji sahəsində əlaqələr, iki ölkənin iqtisadi münasibətlərinin ana xəttini təşkil edir, onda Türkiyə prezidentinin imzaladığı sənədin, bu əlaqələri daha da dərinləşdirəcəyinə hesablandığını düşünmək olar.
Həm Türkiyənin Azərbaycanın enerji layihələrində iştirakı, həm də Azərbaycanın Türkiyənin enerji sektoruna yatırdığı investiya, kapital baxımından digər sahələri geridə qoyur.
Qüvvəyə minmə tarixi təsdiqlənən daha bir sənəd isə 31 oktyabr 2017-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Anlaşması” haqqında sənəddir. Regionda təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsi üçün təkcə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin deyil, Müdafiə Sənayesi Kompleksinin də birgə inkişafına ehtiyac duyulur. Bu illər ərzində sözügedən sahədə birgə layihələr də kifayət qədərdi.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç müqavilənin qüvvəyə minmə tarixlərini təsdiq edib.
Belə ki, 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma”, 31 oktyabr 2017-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Anlaşması”,
25 aprel 2018-ci ildə Ankara şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Mədəniyyət Mərkəzlərinin Qurulması, İşlədilməsi və Fəaliyyətləri Haqqında Anlaşma” sənədlərinin qüvvəyə minmə tarixləri təsdiq olunub.
Sənədlər müvafiq olaraq 29 aprel 2021-ci il, 21 aprel 2021-ci il, 30 mart 2021-ci il tarixlərindən qüvvəyə minmiş hesab edilib.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.