Kriminal aləmin ən nüfuzlu “qanuni oğru”su, “Taro” ləqəbli” Tariel Muluhov (Oniani) aprelin 9-da azadlığa çıxıb.
“Qafqazinfo”nun “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarından bildirilib ki, Oniani sərbəst buraxılan kimi Rusiyadan Gürcüstana deportasiya olunub. O, Tbilisidən Türkiyəyə keçəcək, artıq bileti alınıb. Burada onun tərəfdaşlarının böyük əksəriyyəti məskunlaşıb.
Qeyd edək ki, 2010-cu ilin iyulunda Moskvanın Xamovniçeski məhkəməsi 61 yaşlı Onianini insan oğurluğu və dələduzluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Moskvalı biznesmeni oğurlamaqda ittiham olunan “Taro” 2019-cu ilin iyununda azadlığa çıxmalı idi. Lakin hələ 2017-ci ildə “qanuni oğru” məhkəmə yolu ilə cəzasını 9 il 10 ay müddətinə azaltmağa nail ola bilib.
QAFQAZINFO AZ






























