AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə “WhatsApp” yazışması yayılıb. Unikal.org xəbər verir ki, yayılan yazışmada onun partiyanın Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyevin AXCP-dən uzaqlaşdırılması ilə bağlı partiya üzvünə göstəriş verdiyi əks olunub. Əli Kərimli partiyanın üzvü İradə Nərimana Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta protokol və digər sənədlər hazırlamasını tapşırıb.