Elariz oğlunun toyunun detallarını açıqladı - Gəlin kimdir?

  • 29.11.2023
  • 0

Bir neçə gün öncə oğluna İstanbulda toy edən müğənni Elariz Məmmədoğlu dəbdəbəli məclisin detallarını açıqlayıb.

 ARB telekanalında yayımlanan “Elgizlə izlə” proqramına telefonla canlı bağlanan sənətçi gəlininin türkiyəli olduğunu bildirib:

“Hamımız türkük. Toy İstanbulda oldu, Azərbaycandab  yaxın qohumlarımı, yaxın dostlarımı və oğlumun məhlə uşaqlarını dəvət etmişdim. Hansı ki, onlar bir yerdə böyüyüblər. Müğənnilərdən isə yaxın dostum Arzu Rzayevi dəvət etmişdim. Biletini özüm almışdım, otelini də tutmuşdum, özü də çox pulgir adamdır (gülür)”.

O, toyu İstanbulda etməsinin səbəblərini də açıqlayıb:

“Oğlum İstanbulda hüquqşünasdır. Həm Türkiyə türkləri, həm Azərbaycan türkləri ona müraciət edirlər. Oğlumun bütün çevrəsi Türkiyədədir. Mən əgər Azərbaycanda toy etsə idim, gərək onların hamısını Azərbaycana çağıraydım”.

İfaçı aparıcı Elgiz Əkbərin “Uzun illər burada toylara getmisən. Pul yazdırmısan. İndi onlar hamısı batdımı?” sualını da cavablayıb.

“Əzizlərim, kimin toyuna getmişəmsə, pul salmışamsa, halal xoşları olsun. Vaxtilə kimin toyuna getmişəmsə, onları toyumuza dəvət etmişdim, sağ olsunlar, hamısı da gəldi. O vaxt Bakıda mənim bir səs rejissorum var idi, Namiq Əmircanski, o deyərdi ki, gəlmisən toya, yeyib-içməyinin pulunu ver. Mən də o vaxt toylara getmişəmsə, pul yazdırmışam, yəni yeyib-içdiyimin pulunu vermişəm, burada nə var?” – deyə Məmmədoğlu bildirib.

O, toydan sonra Bakıya gəlmək planı olduğunu desə də, bunun baş tutmadığını açıqlayıb:

“Fikrimdə var idi ki, toyu yola verəndən sonra Bakıya gəlim. Amma Amerikadan təcili zəng etdilər ki, 2 toy var, gəlməlisən. Ona görə də Kanadaya uçmalıyam. Sonra başqa ştatlardan da məclislər olacağı deyildi, işçim bunları mənə deyəndə gördüm ki, getməyə məcburam. Təqribən, 2-3 aya Bakıya gəlməyi planlayıram”.

O, Amerikada toylara hansı qiymətə getdiyini açıqlamaqdan imtina edib.

 

 

Nə düşünürsən?