Ekspert: "Azərbaycan ordusunun böyük zəfərləri hələ qabaqdadır"

  • 27.07.2019
  • 0

Azərbaycan ordusunun gücü, döyüş qabiliyyəti, texniki təchizatı və idarəetmə vərdişləri yüksəldikcə ona qarşı olan hücumlar da artır. Əldə zorla saxladıqları torpaqları itirmək qorxusu ilə üzləşən Ermənistan xüsusi xidmət orqanları Azərbaycan ordusunu ləkələmək üçün fəaliyyətlərini artırırlar. Erməni kəşfiyyatçıları sosial şəbəkələrdə Azərbaycan dilində səhifələr açaraq ordunu gözdən salmağa çalışırlar.

Azərbaycan ordusu 1994-cu ilin atəşkəsindən bəri qazandığı döyüş təcrübəsini ən geniş miqyaslı şəkildə 2016-cı ilin aprel döyüşlərində tətbiq etdi.

Nəticədə isə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlarkəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olundu.

Müzəffər Azərbaycan ordusunn düşmənə endirdiyi amansız və sürətli zərbələr nəticəsində 2000 hektar ərazimiz düşmənin varlığından tamamilə təmizləndi.

Aprel döyüşlərindəki möhtəşəm qələbədən ruhlanan Azərbaycan ordusu zəfəri dadandan sonra təbii ki sakit dayana bilməzdi. Elə məhz bu ruh yüksəkliyi ilə

2018-cı il may ayında həyata keçirilənəməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı erməni işğalından azad edildi, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçdi.Ümumi olaraq, 11,000 hektarlıq ərazi işaldan azad olunmuş və bu əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan yaradıb. Hərbi ekspert bildirir ki, aprel döyüşü və Günnüt əməliyyatı Azərbaycan ordusunun müasir dövrün tələblərinə cavab verən yüksək döyüş qabiliyətli ordu olmasının sübutudur.

Ancaq bu qədər uğurlara baxmayaq bəzi qüvvələr Azərbaycan ordusunun zəfərlərinə gölgə salmağa çalışırlar. Ermənistan xüsusi xidmət orqanları sosial şəbəkələrdə müxtəlifvaxtlarda yalan məlumatlar yayırlar...Azərbaycandakı bəzi şəxslər isə bu yalanlara aldanaraq özləri də bilmədən erməni təbliğatının iştirakçısına çevrilirlər. Rəşad Süleymanovbildirir ki, vətəndaşlar diqqətli olmalıdır.Azərbaycanın rəsmi müdafiə qurumlarının açıqladığı məlumatlardan başqa digər informasiyalara inanmasınlar..

Bundan başqa bəzi xaricdə yaşayan azərbaycanlılar da ermənilərin toruna düşür və səhifələrində, bloqlarında Azərbaycan ordusu barədə yalan məlumatlar yayımlayırlar. Ekspert bildirir ki, Azərbaycan vətəndaşları hər yayılan məlumata inanmamalı, onu yaxşıca təhlil etməli və yalnız bundan sonra hansısa ictimai fikir bildirməlidirlər. Bunun üçün isə ən optimal variant Müdafiə Nazirliyi və Dövlət Sərhəd xidmətinin rəsmi məlumatlarını izləyərək onlara əsaslanmaqdır.

Nə düşünürsən?