Respublikanın magistral yollarının birində Dövlət Yol Polisinə (DYP) məxsus avtomobilin qaydalara zidd hərəkəti sürücünün narazılığına səbəb olub. Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Göründüyü kimi, magistral yolda bütün zolaqların boş olmasına baxmayaraq, 99-YP-880 dövlət nömrə nişanlı, DYP avtomobili sarı xətti kəsərək sol kənar zolağın ayırıcı maneələrə bitişik hissəsi ilə hərəkət edir. Onun təkəri altından çıxan xırda daş və çınqılın arxadan gələn avtomobilin ön şüşəsinə çırpılması sürücünü narahat edir.
Qeyd edək ki, son vaxtlar magistral yollarda bu hala tez-tez rast gəlindiyi üçün səbəbi öyrənməyə çalışsaq da, sualımıza aydınlıq gətirə bilən olmadı.