Dünyada 1.2 milyard uşaq risk altındadır
10 baxış
Son xəbərlər
Beynəlxalq Qeyri-Hökumət Təşkilatı olan "Save the Children", yəni “Uşaqların Xilası” təşkilatı dünyadakı uşaqların həyat şərtləri ilə bağlı hesabat hazırlayıb.
Metbuat.az xəbər verir ki, hesabata görə, 1 milyard uşaq yoxsulluq içərisində, 240 milyon uşaq isə münaqişə bölgəsində yaşayır. Dünyada 575 milyon qız uşağı qızlara qarşı ayrı-seçkilik riski olan ölkələrdə yaşamaq məcburiyyətindədir. Hesabata görə, ümumilikdə 1,2 milyard uşaq üç riskdən birilə, 20 ölkədə yaşayan 153 milyon uşaq isə hər üç risklə qarşı-qarşıya qalıb.
Statistika bir il əvvəllə müqayisədə nisbətən yaxşı olsa da, ancaq risklər artmağa davam edir. Məlumata görə, uşaqlara qarşı risklərin artmasının səbəbi yardımların lazımi yerlərə sürətlə çatdırıla bilməməsidir.
Ölkələrə görə aparılan araşdırmaya görə, uşaqların ən yaxşı qorunduğu 5 ölkə Sinqapur, Sloveniya, Norveç, İsveç və Finlandiyadır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.