Dünya yeni müharibəylə üz-üzə
57 baxış
Son xəbərlər
Rusiya ABŞ-la uzlaşa bilmir. M.Destler: NATO ölkələrinin Ukrayna ilə bağlı fikir ayrılığı var
"Rusiya qərblə razılaşmasa..."
Siyasi şərhçi N.Mikail Rusiya-ABŞ gərginliyini REAL-a şərh edir
Həll yollarının axtarılıb tapılması üçün müxtəlif səviyyələrdə bir neçə dəfə keçirilən görüş də nəticəsiz qaldı.
Qərb dövlətlərinin narahatlığı isə Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Soloti kəndinin əldə edilən bu peyk görüntülərindən sonra daha da artmağa başladı. Sentyabr və dekabr aylarında qoşunların ukrayna sərhədində cəmləşdiyi göstərən fotosübutlar Nato və ABŞ rəsmilərini hərəkətə keçirdi.
Yanvar ayının 21-də Cenevrədə baş tutan Blinken-Lavrov danışıqlarından gözləntilər çox olsa da bu da özünü doğrultmadı. NATO, Amerika birləşmiş ştatları və Rusiya rəsmiləri arasında qarşılıqlı sərt ifadələrin işlədilməsi isə Ukrayna sərhədlərində fiziki dünyada psixoloji gərginliyi artırır.
Siyasi şərhçi Mak Destlerə görə gərginlik o zaman səngiyəcək və ya tam aradan qalxacaq ki, qərb Rusiyanın şərtlərini yerinə yetirəcək:
"Bilirik ki, NATO Putinə Ukraynanı heç vaxt təşkilata qəbul etməyəcəyinə vəd verərsə, gərginlik yatar. Lakin NATO-nun bunu etməyə niyyəti yoxdur. Baxmayaraq ki, Ukraynanın da yaxın gələcəkdə bu quruma daxil olmaq ehtimalı çox azdır. Bu, müxtəlif səbəblərdən, o cümlədən, NATO-nun hər hansı bir üzvünün etirazından irəli gələ bilər. Bunu özləri demirlər. Çünki NATO üçün hər hansı bir millət istisna deyil. NATO prinsipcə ona qoşulmaq istəyən hər kəs üçün qapılarını açıq saxlayır".
Ekpsertlərə görə Ukraynanın NATO-ya daxil edilməsi ilə bağlı üzv ölkələr arasında da fikir ayrılığı mövcuddur. Lakin indiki halda bu fikir ayrılığını qabartmaq yersizdir və üzv ölkələr müharibə başlayacağı təqdirdə ən yaxşı halda Ukraynanı müdafiə vasitələri ilə təmin edə bilər. Lakin HƏR HANSISA BİR DÖVLƏT müharibə üçün öz ordusunu Ukraynaya göndərməyəcək.
Siyasi Şərhçi Nabil Mikail: "Ukrayna ilə Rusiya arasında gərginliyin 3-cü dünya müharibəsinə səbəb olacağını düşünmürəm. Çünki bu münaqişədə çox sayda millət, qruplar iştirak etmir. Bu, regional münaqişədir... Əgər dünya müharibəsi olacaqsa, orada Amerika olmalıdır. Lakin, görünür, Bayden administrasiyası bu münaqişədə fəal və qətiyyətlə şəkildə iştirak etmək niyyətində deyil. Belə ki, əgər 3-cü dünya müharibəsi olmayacaqsa, o halda, münaqişə hansı formanı alacaq? Bu, Prezident Vladimir Putin tərfindən məhdud çərçivəli hərbi hərəkat olacaq. O, rus qoşunlarının Ukrayna ərazisinə müdaxiləsinə əmr verəcək. Onlar müəyyən əraziləri tutacaq və daha sonra geri çəkiləcəklər. O, bununla Ukraynaya dərs vermək istəyir".
ABŞ hazırda Ukraynanı hərbi müdafiə vasitələri ilə təmin etməkdə davam edir. Federal Hökumətin Ukraynaya ayırdığı 200 milyon dollarlıq hərbi dəstəyin bir hissəsi artıq təyinat məntəqəsinə çatıb. Ukrayna təkcə ABŞ-dan 80 tondan çox silah-sursat tədarük edib.
İndi tək ümid Co Bayden və Vladimr Putin arasında keçirilə biləcək görüşə, aparılacaq müzakirələrədir.
"Görünür, Bayden Amerikanın böhrana hər hansı bir ciddi müdaxiləsini nəzərdə tutmur. Lakin, eyni zamanda, Putini müdaxilədən çəkindirmək və ya Rusiya təhdidini heçə endirmək üçün onunla hər hansı bir müvəqqəti razılaşmaya getməməklə də ciddi səhv edir. Əgər Rusiya ilə Qərb arasında daimi sülh olmazsa, Rusiya ilə onun ətrafındakı ərazilərdə həmişə gərginlik olacaq. Bura keçmiş Sovet ölkələri, Monqolustan, hətta, Çin də daxil ola bilər".
SİYASİ ŞƏRHÇİ MAK DESTLER: "ABŞ və Rusiya arasında yaranan yeni gərginliyin necə yatırılacağı məlum deyil. Çünki Rusiya Amerikadan elə şeylər tələb edir ki, Amerika onu təmin edə bilmir və Putin də sərhədə qoşun yığmaqda davam edir. Əgər o, bunu dayandırsa, nüfuzdan düşər. Görünür o, gücdən səmərəli isifadə etməyə çalışır. Bununla belə, müharibə etmək məqsədi güdmür. Ümid edirik ki, o, ehtimal oluan müharibəni dayandıracaq və, sadəcə, gərginlik vəziyyət qalacaq. Mənə elə gəlir ki, bu ən yaxşı ümiddir"
BU ÜMİDİN GERÇƏK OLMASI İSƏ ƏHƏMİYYƏTLİDİR. ÇÜNKİ İNDİ DÜNYA KÖHNƏ DÜNYA DEYİL. ARALARINDA FİKİR AYRILIĞI YAŞANAN ÖLKƏLƏR NÜVƏ BAŞLIQLI RAKETLƏRƏ SAHİB OLAN DÖVLƏTLƏRDİR. YƏNİ TƏHLÜKƏNİN MİQYASI ARTIQ REGİONAL DEYİL.
DİNC ƏHALİ DƏ YARANA BİLƏCƏK FƏLAKƏTİN QARŞISINI ALMAĞA ÇALIŞIR. MÜXTƏLİF ÖLKƏ VƏTƏNDAŞLARI RUSİYA-UKRAYNA GƏRGİNLİYİNİ AZALTMAQ ÜÇÜN AMERİKANI HƏRƏKƏTƏ KEÇMƏYƏ SƏSLƏMƏK ÜÇÜN AĞ EVİN ÖNÜNDƏ TOPLANTI. RUSİYA VƏTƏNDAŞLARININ DA QATILDIĞI AKSİYANIN ƏSAS ŞÜARLARINDAN BİRİ MÜHARİBƏYƏ YOX İDİ.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.