AZ
Video yüklə
DSX planlaşdırılan erməni təxribatı ilə bağlı xəbərdarlıq

Bu video hazırda oynadıla bilmir.

DSX planlaşdırılan erməni təxribatı ilə bağlı xəbərdarlıq

345 baxış Son xəbərlər
Əldə edilmiş məlumata əsasən, Ermənistan tərəfindən 26 iyulda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır.

Bu barədə Dövlət Sərhədi Xidmətindən bildirilib.

“Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq.

Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir” - məlumatda qeyd olunur.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.