AZ
Video yüklə

Aqil Abbasın 70 illik yubileyi qeyd olunub

117 baxış Son xəbərlər
Tanınmış yazıçı-publisist, "Şöhrət" ordenli Əməkdar jurnalist Aqli Abbasın 70 illik yubileyi Tərtərdə qeyd edildi.

Məlumat verildi ki, 1976-cı ildən ədəbi fəaliyyətə başlayan Aqli Abbasın hekayə, povest və romanları oxucular tərəfindən hər zaman maraqla qarşılanıb. Qarabağ müharibəsinə həsr olunmuş "Dolu" romanı 2010-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən "İlin ən yaxşı romanı" adına və "Qızıl kəlmə" mükafatına layiq görülüb. 2012-ci ildə "Dolu" romanı əsasında yazdığı ssenariyə film çəkilib, böyük əks-səda doğuran bu film Mədəniyyət Nazirliyi tərəfindən "Humay" mükafatı alıb. Müəllifin "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Batmanqılınc", "Allahı qatil edənlər" və "Dolu" əsəri müxtəlif illərdə Türkiyədə Türkiyə türkcəsinə çevrilərək yüksək tirajla çap edilib. İki kitabı da Cənubi Azərbaycanda Azərbaycan dilində nəşr olunub. Azərbaycan respublikası Prezidentinin sərəncamları ilə 2005-ci ildə "Əməkdar jurnalist" adına layiq görülüb, 2012-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. Aqil Abbas çıxışlarında Qarabağ, o cmülədən Tərtərlə maraqlı xatirələrini danışdı. O, yaxın zamanlarda Tərtər sakinlərinin Qarbağ müharibəsində fədafarlığına və bu bölgədə gedən döyüşlərdən bəhs edəcək əsər yazmaq planından da söz açdı.

Tədbirin sonunda yubilyara Fəxri Fərman və hədiyyələr təqdim olunub

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.