AZ
Video yüklə

Dövlət başçısından vitse-prezidentlərlə bağlı sərəncam

62 baxış Son xəbərlər
Azərbaycanın Birinci Vitse-Prezidenti və Vitse-Prezidentlərinin xarici səfərləri zamanı nümayəndə heyəti üzvlərinə ezamiyyə xərcləri ödəniləcək.





Anews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.





Sərəncama əsasən, "Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nın 4-cü hissəsinə, habelə "Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinə "Azərbaycan Respublikası Prezidentinin” sözlərindən sonra ", Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və Azərbaycan Respublikasının vitse prezidentlərinin” sözləri əlavə edilir.





Dəyişikliklə, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və Azərbaycan Respublikasının vitse prezidentlərinin xarici səfərləri zamanı nümayəndə heyəti üzvlərinin mehmanxana xərcləri təqdim edilmiş sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir.





Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və Azərbaycan Respublikasının vitse prezidentlərinin xarici səfərləri zamanı nümayəndə heyəti üzvlərinin gündəlik xərcləri müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində ödənilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.