Deputatın polis qardaşı oğlu Ağcabədidə qanuna meydan oxuyur.

  • 20.05.2021
  • 0

Ağcabədi rayonunda görülməmiş hadisə baş verib. Belə ki iki polis əməkdaşı Rzayev Rahib Fəxrəddin oğlu və Əliyev Nicat Mirələm oğlu yolda dayanan maşına yaxınlaşaraq nişanlı gəncləri öz şəxsi avtomobilləri ilə təqib edərək saxlayıb qanunsuz axtarışa cəhd ediblər. Daha sonra maşına əyləşərək şöbəyə aparılıb 5 saatdan çox saxlanılıblar. Məsələ ilk öncə sıradan özbaşına polis davranışı kimi görünsə də səbəbi daha sonra bəlli olub, belə ki, polis əməkdaşlardan biri maşında əyləşən xanımın qayınıdır və ailə daxili problemləri səbəbi ilə yeni nişanlanmış cütlüyə təzyiq və təhdid edərək güc göstərisi ediblər. Hokm.az-a müraciət edən zərərçəkmiş Əşrəfli Əşrəf bildirir ki, polisin müraciət zamanı xidməti vəsiqəsini təqdim etməməsi, qanunsuz maşında axtarış aparması, təhqiramiz ifadələrdən istifadə etməsi tamamilə şəxsi məqsədlərdən ibarətdir. Məsələ ilə bağlı 102 qaynar xəttinə müraciət olunsada Ə.Əşrəfin şikayət ilə bağlı Şöbəyə çağırılaraq izahat alınması baş tutmayıb. Polis haqqında qanunu, Daxili İşlər Nazirliyinin təlimatını heçə sayan polis əməkdaşları vətəndaşı necə qoruya bilər? Polis əməkdaşı Rzayev Rahib Fəxrəddin oğlunun bu əməlinin cavabsız qalmasının ən böyük səbəbkarı və müdafiəçisi isə əmisi 25 illik Milli Məclis Deputatı, Aqrar siyasət komitəsinin sədri Rzayev Tahirdir. Görünür qanunverici orqan olan Milli Məclis deputatı qardaşı oğlunun müdafiəsi üçün bütün qanunları heçə saymaya və istədiyi vəzifə sui-istifadə və özbaşnalığını etməyə əmin edib. Hokm.az məsələ ilə bağlı çəkilmiş video görüntüləri təqdim edir:

 

Nə düşünürsən?