AZ
Video yüklə

Dəhşətli xəbər! Ölən və yaralı var

259 baxış Son xəbərlər
Cəlilabadda ağır qəza baş verib. APA TV - nin yerli bürosu xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. Murad Salayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil, Həsən Salahzadənin idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub. Nəticədə “VAZ - 2107” markalı avtomobilin sürücüsü Murad Salayev hadisə yerində dünyasını dəyişib. Xəsarət alan Rəhman Şamil oğlu Salayev Cəlilabad rayon Mərkəzi Xəstəxanasına, Cavidan Həbib oğlu Əzimov və Həsən Yalçın oğlu Salahzadə isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.