Dəhşətli qəzadan video
530 baxış
Son xəbərlər
Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb. APA xəbər verir ki, qəza Məhəmmədli qəsəbəsində baş verib. Əsas yolda olan “Vaz 21099” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən “Toyota” markalı avtomobilin sürücüsü idarə etdiyi maşınla qəfil onun qarşısına çıxıb. Toqquşma zamanı “Vaz 21099”-da olan sürücü və sərnişin ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.