AZ
Video yüklə

Dəhşətli qəza: Ölən və yaralı var

295 baxış Son xəbərlər
Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. Hadisə zamanı "Mercedes", "Daewoo Nexia" və "Opel" markalı minik maşınları toqquşub. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, 3 avtomobilin toqquşması nəticəsində rayonun Kürəkçay qəsəbə sakini 1967-ci il təvəllüdlü Mayis Bağırov ölüb. Kürəkçay qəsəbə sakinləri - 1939-cu il təvəllüdlü Oruc Orucov, 1950-ci il təvəllüdlü Sahibə Orucova, 1962-ci il təvəllüdlü Ceyhun Əhmədov, 1963-cü il təvəllüdlü Xumar Əhmədova və 2017-ci il təvəllüdlü Dəniz Əhmədova isə xəsarət alıblar. Xəsarət alanların vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. FHN-dən APA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Goranboy rayonunun Veyisli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Daewoo” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində zədələnmiş avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.