AZ
Video yüklə

Dəhşətli hadisə: 15 nəfərin meyiti tapıldı

7 260 baxış Son xəbərlər
Nigeriyanın Ebonyi ştatında avtobusun qəzaya uğrayaraq çaya düşməsi nəticəsində 14 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb.

“Report” bu barədə yerli KİV-ə istinadə xəbər verir.

Xilasedicilər avtobusu çaydan qaldırdıqdan sonra oradan 14 cəsəd çıxarıblar. Daha 13 nəfər hələ də itkin düşmüş hesab olunur.

Məlumata görə, avtobusda 30-dan çox sərnişin olub. Ölkə prezidenti M.Buhari ölənlərin ailələrinə baş sağlığı verib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.