AZ
Video yüklə

Dəhşət! Yaralılar var

268 baxış Son xəbərlər
Tovuzda bir neçə nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qazax istiqamətdə hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus "Kamaz " markalı yük maşınına arxadan çırpılıb. Qəza zamanı mikroavtobusda olan 2005-ci il təvəllüdlü Nuray Namazova, 1986-cı il təvəllüdlü Laçın Şəmilova, 1977-ci il təvəllüdlü Rasim Namazov, 1985-ci il təvəllüdlü Leyla Namazova, 2002-ci il təvəllüdlü Nurgün Namazova və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Qeyd edək ki, mikroavtobusda olan şəxslər Bakıdan Qazaxa toya gəlirmiş. İlkin ehtimallara görə, qəzaya b mikroavtobusun sürücüsünün sürət həddini düzgün seçməməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.