Dastana dönən şəhid Xudayarın yeni videosu
5 279 baxış
Son xəbərlər
22 yaşlı şəhid Xudayar Yusifzadənin gözəl səsi bütün izləyicilərin qəlbini fəth edib. Şəhid Xudayar cəbhədə Əliağa Vahidin "Vətən yaxşıdır" mahnısının ifası ilə yaddaşlarda qalıb. Xudayar Yusifzadənin məzun olarkən çəkilən görüntülərini əldə etmişik. Sosial şəbəkələrdə isə Xudayarın müharibəyə göndərilməzdən əvvəl meyxana ifa etdiyi görüntülər yayılıb. Görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Xudayar Yusifzadə Murovdağdakı yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli, Cəbrayıl, Zəngilan istiqamətlərində də döyüşmüşdür. Zəngilan rayonunun Ağbənd kəndi uğrunda gedən döyüşlərdə yaralanmış, daha sonra aldığı yaralardan şəhid olub.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.