AZ
Video yüklə

Daşkəsəndə 23 yaşlı oğlan toyda qətlə yetirildi

772 baxış Son xəbərlər
​Daşkəsəndə qətl hadisəsi baş verib.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonda "Köhnə stadion" adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Alaxançallı kənd sakini 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu toyda tanışı tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisəni törədən şəxs Alaxançallı kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğlu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.