AZ
Video yüklə

Çeçenlərlə azərbaycanlıların görüşündən TAM VİDEO

826 baxış Son xəbərlər
Çeçenlər və azərbaycanlılar Moskvadakı kütləvi dava ilə əlaqədar birgə bəyanat yayıblar

Bundan sonra azərbaycanlılar və çeçenlərin sosial şəbəkələrdə konfliktə son verməyə çağıran birgə video mesajları yayılmağa başlayıb

Moskvada azərbaycanlılar və çeçenlər arasında baş verən kütləvi dava Azərbaycanda olduğu kimi Çeçenistan Respublikasında da geniş əks-sədaya səbəb olub.

Oxu24.com xəbər verir ki, bundan sonra azərbaycanlılar və çeçenlərin sosial şəbəkələrdə konfliktə son verməyə çağıran birgə video mesajları yayılmağa başlayıb.

"Çeçenlər və azərbaycanlılar dost deyil, qardaşlardır! Qardaşlar, Allah naminə döyüşməyin, dayanın", video mesajda ​​deyilir.

Konfliktə səbəb Əlixan adlı çeçenin azərbaycanlıları təhqir etdiyi videonun sosal şəbəkələrdə yayılması olub. Videodan sonra Əlixan bir qrup naməlum azərbaycanlı tərəfindən döyülüb və ondan azərbaycanlılardan üzr istəmək tələb edilib. Gənc çeçeni kimin nə vaxt döydüyü barədə məlumat verilmir.

Döyülmüş Əlixanın azərbaycanlılardan üzr istəməsinə dair video sosial şəbəkələrdə çıxdıqdan sonra münaqişə yaranır.

Moskvanın cənub-şərqindəki Peçatnik rayonunda 100-ə yaxın adamın iştirakı ilə kütləvi dava və silahlı insident baş verir. Hadisə nəticəsində 10 nəfər yaralanır, 20-si isə saxlanılır.

Silahlı atışma Peçatnik rayonunun Kuryanova küçəsində azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” restoranında olub. 14 fevral "Valentin günü" ilə əlaqədar restoranda çoxlu müştəri olub. Lakin qəfildən bıçaqla və travmatik tapança ilə silahlanmış bir qrup çeçen restoranı basaraq, oradakı bütün müştəriləri küçəyə çıxmağa məcbur ediblər. Daha sonra isə restoran əməkdaşlarına qarşı hücuma keçiblər. Atışmadan və kütləvi davadan sonra çeçenlər müşahidə kameralarının video yazılarını özlərini ilə götürərərk hadisə yerindən qaçıblar.

Şahidlərin sözlərinə görə, atışma zamanı restoranın sahibi Yaşar Əliyev yaralanıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.