Bugünkü dəhşətli hadisə ilə bağlı yeni məlumat

  • 03.06.2023
  • 0

Busaat.az xəbər verir ki, bu gün səhər saatlarında, şəxsin qızına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə “Referan.az”a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 3-də Şəmkir rayon sakini 1976-cı il təvəllüdlü Rəna Cəfərovanın yaşadığı evdə xəsarət alması və 1941-cı il təvəllüdlü atası Sərdar Cəfərovun intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Sərdar Cəfərovun ailə münaqişəsi zəminində yaşadığı evdə qızı Rəna Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır. Zərərçəkmiş Rəna Cəfərovanın vəziyyəti qənaətbəxşdir.

11:38

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə kişinin qızını bıçaqlayandan sonra intihar etməsi ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Busaat.az-a bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1976-cı il təvəllüdlü Rəna Cəfərovanın bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi və Sərdar Cəfərovun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub, Sərdar Cəfərov ailə münaqişəsi zəminində qızı R.Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar edib.

Yaralının vəziyyəti normaldır, faktla bağlı araşdırmalar davam etdirilir

11.25

Şəmkirdə ata qızını bıçaqlayıb, sonra intihar edib.

Busaat.az bildirir ki hadisə şəhərin 5-ci küçə ərazisində qeydə alınıb.

1941-ci il təvəllüdlü Sərdar Cəfərov qızı Rəna Cəfərovanı bıçaqlayıb. Daha sonra isə intihar edib.

Yaralı xəstəxanaya aparılıb.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

//Report.az//

Nə düşünürsən?