Bu gün Azərbaycan və dünya qaranlığa qərq olacaq

  • 30.03.2019
  • 1

Hər il mart ayının son şənbə günü dünyada “Yer saatı” aksiyası keçirilir. Məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30–da bir saatlıq söndürülərək iqlim dəyişikliyinə diqqət çəkilir. 

BiG.AZ xəbər verir ki, Dünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə keçirilən bu tədbirin məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyi ilə bağlı ekoloji fəsadlara yönəltməkdir.

İlk dəfə Yer saatı 2007-ci ildə Avstraliyada keçirilib. Hazırda tədbirdə 187 ölkə iştirak edir.


Azərbaycanda rəsmi olaraq 2011-ci ildən "Yer saatı" kampaniyası qeyd edilir.

Nə düşünürsən?