AZ
Video yüklə

"Boğuldum, huşum getdi, yerə yıxıldım"

181 baxış Son xəbərlər
Xalq artisti Flora Kərimova maraqlı açıqlaması ilə diqqət çəkib.

Sənətçi "Onun sirri" proqramında olarkən ilk həyat yoldaşı İbrahim bəy Topçubaşovdan danışıb. O, həyat yoldaşından niyə gizləndiyinin səbəbini açıqlayıb:

"Bir dəfə evə mahnı gətirmişdi. Səhərdən axşama qədər məşq edirdi. Oğlum da, mən də ona baxırdıq. Çox yorulduq. Bu hal bir neçə dəfə təkrarlandı. Bir gün rəfiqəmgilə getdim. Dedim, "Lyuda məni professor axtarır. Elə et ki, mən sizdə gizlənim, tapa bilməsin".

Əvvəl yemək yedim. Daha sonra harada gizlənəcəyimi düşündüm. Dolabda gizlənmək qərarına gəldim. Orada bardaş qurub rahat oturdum. Bu vaxt həyat yoldaşım gəldi. Dedim, tez çıxıb gedər. Amma evə gəldi, yemək yedi. Artıq mənim nəfəsim çatmırdı. Dolabı aça bilmirdim, boğuldum, huşum getdi, yerə yıxıldım".

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.