"Oktyabrın 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti leysanla bağlı xəbərdarlıq etmişdi".
Ucnoqta.az xəbər verir ki, bunu ekoloq Samir İsyaev İTV-də deyib. Onun sözlərinə görə, artıq leysan yağışla bağlı müvafiq qurumların risk dövrü ilə bağlı planı olmalıdır:
"Hər 4-5 ildən bir Bakıda güclü yağışlar yağır. Su ətrafı basır. Bu ərazilər artıq bəllidir. Bu tunellərdəki nasosların vəziyyəti yoxlanılmalı idi. Yağış başlamamışdan əvvəl yollarda xüsusi texnikalar görmədik. Bütün cavabdeh qurumlar gündəlik rejimdə işləyirdilər. Belə davam etsə bizi böyük fəlakətlər gözləyir".