Son günlərin ən çox müzakirə olunan mövzularından biri, "Bitcoin" kriptovalyutası fantastik dərəcədə dəyər itirib. APA TV-nin məlumatına görə, buna səbəb Sinqapurun maliyyə birjası və Yaponiyanın Maliyyə Nazirliyi tərəfindən həmin virtual pulun daşıdığı risklər barədə verilən bəyanatlardır. Belə ki, bir qədər əvvəl Yaponiyanın maliyyə naziri Taro Aso "Bitcoin"in etibarsız valyuta olduğu haqqında açıqlama verib. Bu bəyanatla paralel olaraq Cənubi Koreyanın "Bitcoin" ticarəti ilə məşğul olan birjası müflis olduğunu elan edib. Xatırladaq ki, dekabrın 19-da "Bitcoin"un ideya müəlliflərindən olan Emil Oldenburq onun likvidliyini itirdiyini və insanların onun işləmə mexanizmindən xəbərdar olan kimi ondan imtina edəcəyini açıqlayıb.