Beynəlxalq Xəzər Neft və Qaz konfransı

  • 30.05.2019
  • 0

Bakı Beynəlxalq Xəzər Neft və Qaz konfransı keçirilir. Konfransda 30 ölkədən 500 nəfərə yaxın nümayəndə iştirak edir.


Ekspert İlham Şabanov konfrans barədə təəssüratlarını bölüşüb, konfransın əhəmiyyətindən danışıb:


"Azərbaycan ilk dəfə 1994-cü ildə may ayının sonunda belə sərgini, konfransı təqdim etdi. O zaman ilk dəfə olaraq öz tarixində Neft -Qaz barədə bir tanıtım etdi. O zaman ilk dəfə olaraq ölkəmiz həm dünyaya, bölgə ölkələri üçün, postsovet məkanında olan xarici şirkətlərlə müqavilə imzalamağa çalışan ölkə kimi nəyə malik olduğunu, real olaraq hansı resursa malik olduğunu, hansı səpkidə xarici şirkətlərlə işləməyə davam etməyi göstərirdi. Xarici şirkətlər belə sərgilərə ildən ilə maraq göstərirdi., sərgi iştirakçıları artırdı. Azərbaycan sovetlər dövrünün karbphidrogenlərlə zəngin ölkəsi kimi xarici şirkətlər üçün tamamilə yeni bir məkan idi".

Nə düşünürsən?