Məktəbəqədər təhsil uşaq həyatının ən önəmli dövrlərindən biridir. Çünki məhz bu mərhələdə uşağın şəxsiyyət kimi formalaşmasının təməli qoyulur. Bu mərhələni keçən uşaq kollektivə daha tez alışır, ətraf mühiti daha asan dərk edir. Elə bu səbəbdən məktəbəhazırlıq qruplarına tələbat hər il çoxalır.
Bərdə şəhər məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər artıq başlayıb.
Oktyabrın 1-i Arantv nin cəkilis qrupu Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı Bərdə şəhər tam orta məktəbində oldu.
İlk dəfə məktəb həyatına qədəm qoyan balacalar isə həyacanlı gorunurdulər qrup rəhbəri Zinyət müəllimə uşaqlarla tez bir zamanda ünsiyət qurdu.
Məktəbin direktoru Tofiqə Məmmədova geniş cıxıs edərək valideyinlerinlərə bildirdi ki,bu qruplarda həftədə dörd gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.