Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib.
Məruzə barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib.
Nazir müavini qeyd edib ki, ötən dövrdə korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən edilərək onların aradan qaldırılması üzrə tədbirlər görülüb.
V.Zahirov daa sonra bildirib ki, yerli özünüidarəetmə sahəsində fəaliyyətin əlaqələndirilməsi istiqamətində Milli Məclislə sıx əməkdaşlıq aparılıb və bələdiyyələrlə bağlı deputatlar tərəfindən səsləndirilən təklif və fikirlər öyrənilib, onların nəzərə alınması üzrə tədbirlər görülüb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.