AZ
Video yüklə

Bayraqla birlikdə havaya qalxan əsgər yerə çırpıldı

87 baxış Son xəbərlər
Meksikanın Çiuaua ştatında bayraq qaldırma mərasimində gözlənilməz hadisə yaşanıb.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, Raul Misal Flores adlı əsgər bayrağı qaldırarkən ayağı parçaya ilişib və bayraqla birlikdə 6 metr yüksəkliyə qalxıb.
Bayraq tam açıldıqda isə Raul hündürlükdən yerə çırpılıb. Ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılan əsgər sinəsindən və ayaqlarından travma alıb, 3 qabırğası sınıb.
Hazırda vəziyyəti stabil olan Floresi qubernator Xavyer Korral ziyarət edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.