AZ
Video yüklə

Bayden bu dəfə də Putini “qəssab” adlandırdı

642 baxış Son xəbərlər
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini “qəssab” adlandırıb.

Bu barədə məlumatı “CNN” telekanalı yayıb.

Bildirilib ki, Bayden bu açıqlamanı Polşa və Ukrayna sərhədində ukraynalı qaçqınların düşərgəsini ziyarət etdiyi zaman verib.

Belə ki, jurnalistlərdən biri Baydendən Ukraynadakı hərbi əməliyyat fonunda Putin barəsində nə düşündüyünü soruşub.

“O qəssabdır”, - deyə Bayden cavab verib.

Xatırladaq ki, Bayden daha əvvəl Putini “hərbi cinayətkar” hesab etdiyini bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.