AZ
Video yüklə

Batumidə hoteldə güclü yanğın: Ölənlər var

1 008 baxış Son xəbərlər
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində ölənlərin sayı barədə yeni məlumat yayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğında 11 nəfər ölüb və hazırda onların identifikasiyası həyata keçirilir.

Daxili işlər naziri Giorgi Qaxariya ölənlərin sayının artacağını istisna etməyib. O, ölənlər arasında xarici vətəndaşların da olduğunu deyib.

Baş vermiş faciə ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, parlamentin spikeri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze başsağlığı veriblər.

Yanğın baş vermiş “Leogrand” hotelinin türkiyəli iş adamı Erol Avgörenə məxsus olduğu bildirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.