Bu gün Bakıda Bank of Bakunun Yasamal filialına müxtəlif vasitələrlə silahlanmış şəxs basqın edib. DİN Baş Mühafizə İdarəsinin əməkdaşlarının çevik müdaxiləsi ilə Şirvan sakini, əvvəllər məhkum olunmuş İmran Əhmədov zərərsizləşdirilib. Onun üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və digər soyuq silahlar götürülüb.