Bakıda qadın həyat yoldaşını ÖLDÜRDÜ
1 396 baxış
Son xəbərlər
Bakıda 48 yaşlı kişini həyat yoldaşı qətlə yetirib. Xətai rayon prokurorluğundan APA TV-ya verilən məlumata görə, Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalar nəticəsində zərərçəkmişin arvadı, 35 yaşlı Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.