AZ
Video yüklə

Bakıda "parkovşik" sürücüyə HÜCUM ETDİ

331 baxış Son xəbərlər
Bakıda parklanma nəzarətçisi ilə sürücü arasında mübahisə yaşanıb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. "Opel" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxladığı yerdə iddialara görə, ödəniş etməyib. Bu zaman da qanunsuz parklanma nəzarətçisi ona hücum çəkib. Belə ki, "nəzarətçi" hətta zərbə endirmək məqsədilə stulu götürüb avtomobilə yaxınlaşıb. Lakin daha sonra maşının şüşəsini tutub dartaraq, zədələyib. Görüntülər sosial şəbəkədə izləyicilərin hiddətinə səbəb olub. Əksəriyyət onların qanunsuz işlədiyini, əslində onlara ödəniş edilməməli olduğunu bildiriblər. Qeyd edək ki, Bakı şəhərində hələlik rəsmi olaraq, parklanmalar üçün vahid ödəniş haqqı təsdiq olunmayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.