AZ
Video yüklə

Bakıda dəhşətli hadisə: Yaralılar var

1 591 baxış Son xəbərlər
Bakıda qadın həyat yoldaşını və özünü bıçaqlayıb.

Oxu24.com Xəzər TV-yə istinadən xəbər verir ki, “Koroğlu” metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı əri, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.

Hadisə şahidlərinin sözlərinə görə, tərəflər arasında avtomobildə baş verən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Hər iki yaralı 3 saylı şəhər klinik xəstəxanasına gətirilib. Xəstəxanadan "Xəzər Xəbər"ə verilən məlumata görə, barmağının kəsilmiş yarası ilə xəstəxanaya daxil olan Nicat Paşayevə yardım göstərilərək ambulator müalicəyə göndərilib.

Qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan Günel Kərimovaya da ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.