AZ
Video yüklə

Bakıda dəhşət: Ölən var

902 baxış Son xəbərlər
Masazır qəsəbəsində motosiklet avtomobilə çırpılıb.

Oxu24.com xəbər verir ki, Əliağa Vahid küçəsində Elçin İbrahimov idarə etdiyi “Lada” markalı avtomobillə yaşadığı küçəyə dönmək istəyib.

Bu zaman motosikletin sürücüsü yüksək sürətlə avtomobilə çırpılıb. Motosikletin sürücüsü aldığı xəsarətlərdən ölüb.

Sürücü E.İbrahimov APA-ya verdiyi məlumata görə, motosikletin sürücüsünün dəbilqəsi olmayıb. Bundan əlavə, motosikletin heç bir işıq sistemi olmayıb. Hadisə şahidləri də sürücünün dediklərini təsdiqləyib.

Avtoqəzanın baş verdiyi əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü E.İbrahimov saxlanılıb. Ölən hələlik şəxsiyyəti məlum olmayan motosikletin sürücüsünün meyiti morqa təhvil verilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.