Azyaşlı qızın ərə verilməsi dünyada hiddət doğurdu

  • 03.09.2019
  • 0

İranlı jurnalist xanım Məsih Əlinejad özünün “Twitter” səhifəsində həmyerlisi kiçik bir qızın toyundan görüntülər paylaşıb və bildirib ki, gördükləri onu ağlamağa məcbur edib.

AzNews.az bildirir ki, jurnalistin sözlərinə əsasən, video İranın Boyər-Əhməd vilayətinin Baxmay dairəsində çəkilib.

O, toyu olan qızın 13 yaşdan kiçik olduğunu qeyd edib.

Videoroliklə mindən artıq insan paylaşıb, əksər istifadəçilər şərhlərdə ənənəni tənqid ediblər.

Nə düşünürsən?