Ötən gün Gürcüstanın Azərbaycandakı konsulluğunun vətəndaşlarına verdiyi məlumat əsasında, bu gün öz vətənlərinə etmək istəyən Gürcüstan vətəndaşları "Sınıq Körpü" keçid məntəqəsinə üz tutublar. Lakin onlar "Sınıq Körpü" keçid məntəqəsindən buraxılmayıblar. Konsulluq mövcud vəziyyətlə bağlı növbəti açıqlama verib: "Konsulluqdan rəsmi cavab almadan heç kim sərhəddə üz tutmasın əks halda onlar sərhəddən buraxılmayacaqlar. Belə olan halda vətəndaşlara müraciət edirik ki, hələki Gürcüstana gəlməklə bağlı səfərlərini təxirə salsınlar hər hansı yeni bir qərar verildikdə mütləq sizə çatdıracağıq".