AZ
Video yüklə

Azərbaycanda dəhşəli cinayət - bıçaqlanan ana və qızı

885 baxış Son xəbərlər
​Şəmkirdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Mahizər Hüseynova həyat yoldaşı, 1976-ci il təvəllüdlü İntizam Hüsenovdan boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu səbəbdən İ.Hüseynov əsəbiləşərək qayınanasıgilə gələrək həyat yoldaşının ondan boşanmasına etiraz edib. İ.Hüseynov əvvəlcə qayınanasına, daha sonra həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub.

Bu barədə APA-nın hadisə yerində olan əməkdaşına mərhumum Sədaqət İbadullayevanın bacısı deyib. Onların sözlərinə görə, İntizam bir neçə dəfə onlara gələrək ailələrini öldürməklə hədələyib.

Qeyd edək ki, M.Hüseynova İ.Hüseynovun əmisi qızıdır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.