AZ
Video yüklə

Azərbaycanda 60 heyvan diri-diri yandı

820 baxış Son xəbərlər
İmişlidə ferma yanıb, 60 baş iri buynuzlu heyvan tələf olub.

APA TV-nin Mil-Muğan bürosuna FHN-dən verilən məlumata görə, rayonun Xəlfəli kəndində ümumi sahəsi 1400 kvadrat metr olan tövlənin qamışdan ibarət dam örtüyü 600 kvadrat metr sahədə yanıb.

Yanğın zamanı 60 baş iribuynuzlu heyvan tələf olub, 250 baş iribuynuzlu heyvan isə təhlükəsiz əraziyə köçürülüb.

Əraziyə İmişli Rayon Yanğından Mühafizə bölməsinin avtomobilləri, canlı qüvvəsi cəlb olunub və alov söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.