AZ
Video yüklə

Azərbaycan xalçaları Rusiyada sərgilənir

5 baxış Son xəbərlər
Moskvada təşkil edilmiş "Azərbaycan xalçaları "Caspian" sahilində" adlı Azərbaycan gecəsində milli xalçalar sərgiləndi. Rusiyadakı səfirliyimiz və ticarət nümayındəliyimiz, “Azərxalça” və Detali dizayner məktəbi tərəfindən təşkil edilən mədəni tədbirdə iki ölkənin ictimaiyyət və mədəniyyət xadimləri ilə yanaşı xarici diplomatik korpusun nümayəndələri də iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Polad Bülbüloğlu Moskvada Azərbaycan xalçalarına həsr olunmuş sərginin keçirilməsini yüksək qiymətləndirdi. Bildirildi ki, Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərinin eksponatıdır. Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov isə təşkilatın yeniliklərə və maraqlı təkliflərə açıq olduğunu və dizaynerlərdən cəlbedici əməkdaşlıq təklifləri gözlədiyini dedi.

Gecə çərçivəsində “Azərbaycan xalçalarının yeni həyatı” adlı təqdimat da baş tutdu. milli xalçaların toxunma prosesinin nümayiş etdiriildiyi ustad dərsi təşkil edildi.

"Qədimiliklə müasirliyi birləşdirmə cəhdi, ənənələrin aktivləşdirilməsi və müasir dövrdə olan dizaynerlərlə əməkdaşlıq, yəni qiymətli və milli resursları müasir axarda bu gün təqdim etmək. Mən əminəm ki, bizim tərəfdən, Detali məktəbinin arxitektorları və dizaynerləri özləri üçün bu gün azərbaycan xalcalarını başqa istiqamətdən kəşf edəcəklər.

"Biz ani şəkildə şərq koloritli heyratamiz nağıllar aləminə düşdük, Siz bilirsiniz ki, biz qadın olaraq, dizayner olaraq rəgarəngliyi, yumşaqlığı, əl işlərini çox sevirik, bir sözlə orijinallığı. Bilirsiz bizim üfiqlərdə çoxdandır milli koloritli, keyfiyyətli və əfsanavi olan bu xalcalar kimi hec bir şey yox idi. Burada elə xalcalar var ki, bütün interyerlə uyğunlaşdırmaq olar. Çünki onlar o qədər incə, çalarlı, bəziləri isə müasir rəssamların əl işi olmasına baxmayaraq qədimi kimi təsir bağışlayır. deyə bilərəm ki, mən çoxdandır bu qədər müxtəlifliyi görməmişəm. Və mən heyranam.

Nəzərinizə çatdıraq ki, tədbirdə təqdim olunan Azərbaycan xalçalarının çoxu əl işi olan Qarabağ xalçalarıdır. Tədbir iştirakçılarına ümumilikdə həm klassik, həm də modern xalça kolleksiyalarından ibarət 56 xalça nümayiş etdirildi.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.