"Şuşadakı konfrans Türkiyə-Azərbaycan münasibətlərinin növbəti təzahürüdür".
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini Tahir Budaqov AK Parti sədrinin müavini ilə keçirdiyi mətbuat konfransında dedi.
O bildirdi ki, dünən 3 tarixi hadisənin əlamətdar olduğu gündə keçirilən konfrans həm də rəmzi məna daşıyırdı.
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini Efkan Ala isə mətbuat konfransında İki dost ölkə olaraq bir çox ortaq layihələrin həyata keçirildiyini və hədəflərin daha da böyük olduğunu vurğuladı. O, qeyd etdi ki, Şuşa bəyannaməsi hər iki ölkə üçün olduqca vacib sənəddir!
Qeyd edək ki, iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından 1 il ötüb.