AZXEBER.COM-un məlumatına görə, "Yeni Müsavat"ın canlı yayımında məktəbin direktoru Tural Mirzəliyev həmin məktəbdə müəllim işləyən Rövşən Əzizovun 9 yaşlı qıza aşiq olduğunu və onunla ailə qurduğunu deyib.
Direktor adıçəkilən müəllimin bir müddət öncə sosial şəbəkədə yazdığı statusu oxuyub:
"Rövşən Əzizovun yazdığı 1 statusu oxuyacam və özünüz hər şeyi anlayacaqsız. O yazır: "Ölüm barədə düşündüyüm anda o qarşıma çıxdı. O zaman mən yeni müəllim işləyirdm və onun 9 yaşı var idi. İlk gördüyüm gün həyatımda günəş doğdu. Müəllimin 9 yaşlı qıza qarşı vurulmasına hər kəs qarşı çıxdı. Ancaq biz bütün əngəlləri aşdıq və xoşbəxt olduq".
Direktor daha sonra qeyd edib: Mənə də maraqlıdır ki, nəyə görə belə hallar gizlədilib.
Qeyd edək ki, T.Mirzəliyevin həmin açıqlamasını təqdim edirik: