AZ
Video yüklə

Azərbaycan Rusiyanın ən məşhur saytını blokladı

334 baxış Son xəbərlər
Rusiyanın RİA Novosti agentliyi Azərbaycanda bloklanıb. APA xəbər verir ki, iyunun 3-də axşam saatlarından Azərbaycan ərazisində agentliyin saytına giriş məhdudlaşdırılıb. Azərbaycan hökumətindəki qaynaqlar APA-ya RİA Novostinin ölkə ərazisində bloklandığını təsdiqləyib. Qeyd edək ki, Rusiyanın RİA Novosti dövlət agentliyi ötən gün Qarabağdakı separatçılardan biri Artak Beqlaryanın müsahibəsini yayıb. Agentlik növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alaraq, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazini "Dağlıq Qarabağ Respublikası", Artak Beqlaryanı isə "dövlət naziri" kimi təqdim edib. RİA Novostinin bu addımı Azərbaycanda kəskin etirazla qarşılanıb. Bəzi media qurumları bu addıma adekvat cavab verilməsinə, RİA Novosti, eləcə də "Sputnik" agentliyinin Azərbaycanda bloklanmasına çağırış edib. Azərbaycan Xarici İşlər Nazirliyi də RİA Novostinin bu hərəkətini pisləyən açıqlama yayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.